Qatar Airways dərhal uçuşu nəzərdə tutan “Son Dəqiqə Endirimləri” adlı regional endirim kampaniyasına start verib. Sözükeçən endirimlərlə sərnişinlər xəyal etdikləri səyahətləri indi daha münasib qiymətə reallaşdıra bilərlər.
“Qatar Airways”-in sürətlə böyüyən qlobal şəbəkəsi müştərilərə endirimli qiymətlərlə 150-dən çox istiqamətə rahat uçuş imkanı və mükəmməl səyahət təcrübəsi yaşamaq imkanı yaradır. Sərnişinlər Yaxın Şərq, Hindistan, və Asiya istiqamətləri üzrə biznes və ekonom siniflərində hər şey daxil 30%-ə qədər endirimlər əldə edəcəklər.
6 Dekabr 2015-ci il tarixinə qədər keçərli olan xüsusi endirim kampaniyası yalnız Bakıdan olan uçuşlar üçün keçərlidir. Uçuşlar Abu Dabi, Pekin, Bankok, Guangzhou, Kolombo, Koçi, Dar Es Salaam, Dubay, Hangzhou, Puket, Cakarta, Yohanezburq, Kuala Lumpur, Lahor, Maskat, Osaka,Seul, Saharjah, Sinqapur, Tehran, Tokyo, Adelaide və Sidney istiqamətləri üzrə endirimli qiymətlərlə həyata keçiriləcəkdir. Sərnişinlər rezervasiyalarını Qatar Airways satış mərkəzinlərində və ya qatarairways.az internet səhifəsinə daxil olaraq edə bilərlər.
Qatar Airways cəmi 18 illik fəaliyyət dönəmində sürətlə böyümüş və bu gün 166 təyyarəlik müasirvə ən yeni hava donanmasıyla Avropa, Asiya, Yaxın və Orta şərq, Afrika, Şimali və Cənubi Amerikada 152-dən çox biznes və istirahət destinasiyasına mütəmadi uçuşlar təşkil edir. Bu ilin başlanğıcından etibarən Qatar Airways Amsterdam (Niderland), Zənzibar (Tanzaniya),Faisalabad, Sialkot, Multan (Pakistan) və Abjaya (Səudiyyə Ərəbistanı) mütəmadi uçuşlara başlamışdır. Bu ilin sonuna qədər Durban (Cənubi Afrika) və Nagpur (Hindistan) istiqamətlərinə də mütəmadi uçuşlar təşkil ediləcəkdir. 2016-cı il Qatar Airways üçün xüsusi bir il olacaq, məhz gələn il Amerika Birləşmiş Ştatlarında Los Angeles, Boston və Atlanta, Avstraliyada Sidney və Adelaide,Birləşmiş Krallıqda Birmingem, Birləşmiş Ərəb Əmirliklərində Ras Al Khaiman istiqamətlərinə mütəmadi uçuşlara başlayacaqdır.