“Apple” səhmləri çərşənbə axşamı günü ticarətin sonunda 2.1% bahalaşıb və onların qiyməti 193.42 dollar olub. Nəticədə, şirkətin bazar kapitallaşması avqustun 2-dən bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb. İndi korporasiyanın bazar dəyəri 3.009 trilyon dollardır.
Xatırladaq ki, “Apple” – bazar dəyəri 1 trilyon dolları keçən dünyada ilk şirkət olub.
İlin əvvəlindən bəri “Apple” səhmləri demək olar ki, 50% artıb. Eyni zamanda, sentyabrın 31-də başa çatan son maliyyə ilində şirkətin gəliri və xalis mənfəəti 3% azalaraq müvafiq olaraq 383.3 milyard dollar və 97 milyard dollar təşkil edib və dörd rübün hər birində gəlirdə azalma qeydə alınıb.