8 C
Baku
Thursday, November 7, 2024

Dünyada ən çox satılan smartfonlar – Top 10-luq

“Canalys” mütəxəssisləri dünyada ən çox satılan smartfonları açıqlayıblar. Hesabat müəllifləri cihazların tədarükünü təhlil edərək bildiriblər ki, dünyada ən populyar smartfon iPhone 14 olub. 2022-ci ilin payızında satışa çıxarılan model 2023-cü ilin birinci rübündən bazarda liderlik edir.

İlk 5-liyə həmçinin 2021-ci ildə təqdim edilən iPhone 13 və Samsung Galaxy A14 də daxildir. İlk onluqda isə Samsung Galaxy A14 5G, Samsung Galaxy A54, Samsung Galaxy A04e, Xiaomi Redmi 12C və Samsung Galaxy A34 yer alır.

Samsung 20 faizlik payla qlobal smartfon bazarında lider olaraq qalır. Ondan sonra “Apple” (17 %), “Xiaomi” (14%), “Oppo” və “Transsion” (hər biri 9%) gəlir. Smartfon bazarı ilin üçüncü rübündə bir faiz azalıb. “Canalys” analitiklərinin fikrincə, bayramlar və satış mövsümü ərəfəsində sənayedə vəziyyət sabitləşib.

Son xəbərlər
Digər xəbərlər