Böyük Britaniya Ukraynadakı müharibə başa çatandan sonra da Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq.
Bunu Böyük Britaniyanın biznes və ticarət nazirinin müavini Nüsrət Qani deyib.
O bildirib ki, əsas məqsəd Moskvanın öz hərbi potensialını tez bir zamanda bərpa etməsinin qarşısını almaqdır.
“Sanksiyalar müharibədən sonra da tətbiq olunacaq. Bu məhdudiyyətlər savaş başa çatan gün aradan qaldırılmayacaq”, – nazir müavini vurğulayıb.