12 C
Baku
Monday, November 25, 2024

Qırğızıstan-Tacikistan sərhədində mübahisəli ərazilərin 90%-i razılaşdırılıb

Qırğızıstan-Tacikistan sərhədindəki mübahisəli ərazilərin 90 faizi barədə razılıq əldə olunub.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Batken şəhərində tacikistanlı həmkarı ilə görüşdən sonra bildirib.

Taşiyevin sözlərinə görə, Kayraqaç, Kulundu, Maksat, Arka-1, Arka-2, Janı-Jer, Jiydelik, Kara-Bak, Lakkon əraziləri ilə bağlı məsələlər həll olunub və bununla da demək olar ki, bütün mübahisəli məsələlər həll edilib.

“Sərhədlərin razılaşdırılması prosesini tam yekunlaşdırmaq üçün bir neçə görüş qalıb”, – deyə Taşiyev əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər