Nədir GDPR?

Zaman keçdikcə texnologiyanın inkişafı nəticəsində şəxslərin (və ya fərdlərin) əsasən mövcud olduğu, fəaliyyət göstərdiyi müstəvi fiziki platformadan virtual platformaya (VP) dəyişilmişdir. Bu da özlüyündə VP-dəki fərdlərin digər hüquqları ilə yanaşı onların məlumatlarının qorunmasına dair hüquqlarının da tənzminlənməsi zərurətini yaratmışdır.

Bununla əlaqədar olaraq 27 ölkədən ibarət olan Avropa İttifaqı (Aİ) 25 may 2018-ci il tarixində Aİ-də yaşayan, fəaliyyət göstərən fərdlərin VP-dəki məlumatlarının (dataların) qorunması üçün GDPR – General Data Protection Regulation – Dataların Qorunması üzrə Ümumi Tənzimləmə haqqında qanunu qəbul etdi. Bu qanun Aİ-nin məxfilik və insan hüquqları haqqında qanunlarının mühüm tərkib hissəsi hesab olunur. Qanunun yekun məqsədi fərdlərin VP-dəki müxtəlif növ şəxsi məlumatları üzərində qərar vermə səlahiyyətlərini dəstəkləməkdir.

Fərdi məlumatlara aşağıdaklar aiddir:

  • Ad, ünvan, şəxsi müəyyən edən seriya və nömrəyə aid məlumatlar
  • Dislokasiya, IP ünvan, kuki və oxşar internet əsaslı məlumatlar
  • Fiziki və biometrik məlumatlar
  • İrqi, dini və sosial məlumatlar (həssas məlumatlar)
  • Siyasi baxışlara dair məlumatlar (həssas məlumatlar)
  • Tibbi parametrlərə dair məlumatlar (həssas məlumatlar)

Qanunun əsas tənzimləyici müddəalarını sadalasaq:

  • Aİ zonasına aiddiyyəti, məxsus olan VP-dəki məlumatlardan istifadə GDPR qaydalarına razılıq verildikdən sonra istifadə oluna bilər
  • Fərdlərdən şəxsi məlumatlar alınarkən proses sadə, anlaşılan dildə izah olunmalıdır
  • Fərdlərə dair məlumatların istifadə olunma yeri, müddəti və forması izah olunmalıdır
  • Fərdi məlumat sahibləri məlumatlara daima çıxışları olmalı, onları dəyişdirə bilmək və silmək haqqına sahib olmalıdırlar
  • VP-dəki məlumatları qaydalara uyğun olmayan formada istifadə edənlər üçün (şirkətlər, qurumlar) yüksək cərimələr tətbiq olunur (20 milyona avroya qədər və ya illik gəlirin 4%-i)

Bu qanun artıq dünyanın bir çox ölkələrində model olaraq qəbul edilib həmin ölkələr tərəfindən tətbiq olunmağa başlanmışdır. Bunlara Türkiyə, Yaponiya, Cənubi Koreya, Brazilya, Böyük Britaniya, ABŞ-nin bəzi ştatlarını nümunə olaraq göstərmək olar.

 

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər