6 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-2024-cü illər üçün qlobal neft tələbi üzrə proqnozunu azaldıb.

Agentliyin aylıq hesabatına əsasən, 2023-cü ildə gündəlik qlobal neft tələbatı 2.3 mln. barel artaraq (ötən proqnoza görə 2.4 mln. barel), 101.7 mln. barel təşkil edəcək.

Agentlik qeyd edir ki, birinci rübdə gündəlik tələbat 100.2 mln. barel təşkil edib, ikinci rübdə isə bu göstərici 101.7 mln. barelə yüksəlib.

Hesabata əsasən, 2023-cü ilin üçüncü və dördüncü rübündə gündəlik qlobal neft tələbatı müvafiq olaraq 102.8 və 102.2 mln. barel səviyyəsində proqnozlaşdırılıb.

Agentliyin ehtimalına görə, 2024-cü ildə neftə olan gündəlik qlobal tələbat 102.8 mln. barel (öncəki proqnoz – 102.9 mln. barel) civarında olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər