2023-cü ildə Çexiya Azərbaycan xam neft alışını yüksəlib.
Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ilin ilk 11 ayında ümumilikdə Çexiya 1 milyon 135.96 min ton xam neft alıb. Bunun da idxal dəyəri 432.28 ABŞ dolları təşkil edib. Alış illik müqayisədə 24.5 faiz yüksəlib.
Mərkəzi Avropa ölkəsi son iki aydan ölkəmizdən aktiv neft alışlarını davam etdirib. Məsələn, oktyabrda 172.23 min ton ($123.48 mln.) və noyabrda 46.93 min ton ($29.23 mln.) xam neft alıb.
Neftin bir tonunu Azərbaycan Çexiyaya ötən il $791.6-ya satdığı halda, cari ildə orta qiymət 24 faiz daha ucuz, $601.1-ə satılıb.