23 C
Baku
Sunday, October 6, 2024

Azərbaycanda mağazalar şəbəkəsi cərimələnib

Türkiyənin Azərbaycanda fəaliyyətdə olan “Doğtaş” şirkəti miqrasiya məsələsinə görə cərimələnib.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Dövlət Miqrasiya Xidmətinin protokolu əsasında “Doğtaş” MMC-yə inzibati tənbeh tətbiqini təsdiqləyib. İşə Vüsal Qurbanovun hakimlik edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib.

Bu maddəyə görə, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə tətbiq edilir. Şirkətlər buna görə 15 min manatdan 20 min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, şirkət barəsində DMX tərəfindən 29 avqust 2023-cü il tarixdə cərimə protokolu yazılmışdı.

Qaydaya görə, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Xatırladaq ki, “Doğtaş” MMC 2008-ci ildə yaradılıb və 1 185 010 manat nizamnamə kapitalı var. Şirkət Türkiyə brendidir və bir sıra ölkələrdə mebel mağazalar şəbəkəsinə sahibdir.

Son xəbərlər
Digər xəbərlər