14 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank 2024-cü ildə “bol dollarlı” valyuta bazarı gözləyir: Alışyönlü müdaxilə ehtimalı var

Azərbaycanda inflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər.

Mövcud meyllərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.

Xatırladaq ki, dövr ərzində AMB-nin valyuta bazarına 1.4 mlrd. ABŞ dolları alışyönlü müdaxiləsi olub. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.

 

Son xəbərlər
Digər xəbərlər