İlin ilk yarımilində nizamnamə kapitalı kəskin endirilmiş “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, BOKT-nin nizamnamə kapitalı 1 138 600 manatdan 1 238 600 manata qədər yüksəldilib.
Bu da son əməliyyat zamanı kapitalın 100 000 manat və ya 8.8% artımıdır.
Qeyd edək ki, 1 il öncə BOKT-nin nizamanmə kapitalı 1 650 000 manatdan 448 600 manata endirilsə də, cari ilin sentyabr, oktyabr və noyabr aylarında yüksəldilmişdi. Bu müddətdə BOKT-nin rəhbərliyi də dəyişdirilib.
Xatırladaq ki, BOKT 2014-cü ildən fəaliyyətdədir və onun nizamnamə kapitalının 100%-i İlqar Əhmədzadə (01.01.2023-cü il tarixinə) adlı iş adamına məxsusdur.
BOKT-nin direktoru İradə İbrahimova Hafiz qızıdır.