Bu gün, dekabrın 22-də Çinin altı aparıcı dövlət bankı əmanətçilərə təklif etdiyi əmanət faizlərini aşağı salıb. Bu, iri bankların ilin əvvəlindən bəri üçüncü razılaşdırılmış aksiyasıdır. Bundan əvvəl iyun və sentyabr aylarında tariflər endirilib. Faizləri “Industrial & Commercial Bank of China”, “China Construction Bank”, “Agricultural Bank of China”, “Bank of China”, “Bank of Communications” və “China Merchants Bank” azaldıb.
Üç aydan bir ilədək müddətə əmanətlər üzrə faiz dərəcələri 0.1 faiz, iki illik əmanətlər üzrə 0.2 faiz, üç və beş illik əmanətlər üzrə 0.25 faiz azaldılıb. Ekspertlərin qeyd etdiyi kimi, banklar digər amillərin mənfəətə mənfi təsirini kompensasiya etmək üçün depozit faizlərini azaldır. Çin banklarının xalis faiz marjaları depozitlər üzrə faiz kimi ödənilən məbləğ çıxılmaqla sentyabrda rekord minimuma – 1.73 faizə düşüb.
“Depozit faizlərinin azaldılması xalis faiz marjalarına təzyiqi azaltmağa kömək etməli və Çin Xalq Bankının yanvar ayında dörd aydır dəyişməz qalan kredit faizlərini azaltmasına yol açmalıdır”, – mesajda deyilir.





