17 C
Baku
Friday, October 18, 2024

Yuan beynəlxalq hesablaşmalarda dördüncü yerə yüksəlib – SWIFT

Noyabrda beynəlxalq ödənişlərdə yuanın payı 4.61%-ə çatıb, nəticədə Çin milli valyutası SWIFT hesablaşma sisteminə əsasən 2022-ci ilin yanvarından bəri ilk dəfə dünya reytinqində dördüncü yerə yüksəlib.

Oktyabrda pay 3.6% təşkil edib. Bu arada, yenanın payı 3.91%-dən 3.41%-ə düşüb, Yaponiya milli valyutası beşinci mövqeyə enib.

ABŞ dollarının qlobal istifadəsi noyabrda bir ay əvvəlki 47.25%-lə müqayisədə 47.08%-ə, avro 23.36%-dən 22.95%-ə, funt sterlinq 7.33%-dən 7.15%-ə düşüb.

Bu valyutalar qlobal ödənişlərdə payına görə ilk üç yeri tutur.

İlk 10-luğa həmçinin Kanada, Avstraliya, Honq-Konq və Sinqapur dolları, eləcə də Tayland batı daxildir. Bu valyutaların hər birinin payı 1%-i keçir.

Son xəbərlər
Digər xəbərlər