14 C
Baku
Monday, May 13, 2024

“Səngəçal” stansiyasında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İstismara verildiyi tarixdən cari ilin 01 dekabr tarixinədək “Səngəçal” modul tipli elektrik stansiyasında 17.5 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, stansiyada elektrik enerjisi istehsalı 2020-ci ildə 1.07 mlrd. kVt-saat, 2021-ci ildə 1.06 mlrd. kVt-saat, 2022-ci ildə 0.92 mlrd. kVt-saat, 2023-cü ilin 11 ayında isə 0.71 mlrd. kVt-saat təşkil edib.

Qeyd olunur ki, stansiya 2008-ci ilin 24 dekabr tarixində istismara verilib. Hər birinin gücü 16.62 MVt olan 18 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 300 MVt təşkil edir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər