Amerikanın Tesla şirkəti 120 423 elektrik avtomobilini geri çağırır, çünki qəza zamanı avtomobilin qapıları açıla bilər və bu, yaralanma riskini artırır.
Kampaniya 2021-2023-cü illərdə istehsal olunmuş seçilmiş Model S və X avtomobillərini əhatə edir.
Şirkətdən bildiriblər ki, dekabrın 14-nə olan məlumata görə, problemlə bağlı hər hansı xəsarət barədə məlumat daxil olmayıb.
Tesla problemi həll etmək üçün elektrikli avtomobil proqramını uzaqdan yeniləyəcək.
Çərşənbə axşamı “Tesla” səhmlərinin qiymətləri 0.7% artıb. Avtomobil istehsalçısının bazar dəyəri son üç ayda 3.1% artaraq 803 milyard dollara çatıb.