11 C
Baku
Thursday, May 16, 2024

SOCAR-da daha bir təyinat olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, İdarəyə Rəşid Ağakişiyev Cəlal oğlu rəhbərlik edəcək. O, sözügedən vəzifədə Adil Vəliyev Məmməd oğlunu əvəz edib.

Rəşid Ağakişiyev 2022-ci ilin may ayından SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Neft-qaz sənayesində zəngin təcrübəyə malikdir.
Belə ki, 2003-cü ildən etibarən o bu sahədə fəaliyyətdə olan şirkətlərin rəhbərliyində çalışıb. Bu şirkətlərə “Det.Al”, “Prokon” MMC, “SOCAR Construction” kimi şirkətləri aid etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər