12 C
Baku
Monday, October 28, 2024

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı 48% böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 72 milyon 610 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48% çoxdur. 2022-ci ilin 11 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 49 milyon 164 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5.5 dəfə artaraq 5 milyon 551 min manat olub.

Son xəbərlər
Digər xəbərlər