Bank olmayan kredit təşkilatı “İDK” MMC-nin direktoru dəyişib.
Banker.az xəbər verir ki, Fatimə Nuri Məmmədbağır qızı BOKT-nin rəhbəri təyin edilib.
Bu vəzifədə Azər Namazov Veysəl oğlunu əvəz edib.
F.Nuri bundan öncə “Unibank KB” ASC-də çalışmış və sahibkarlıqla məşğul olub.
Xatırladaq ki, BOKT “İDK” 2011-ci ildə təsis edilib, 722 000 manat nizamnamə kapitalı var. BOKT-nin nizamnamə kapitalının 100%-i Əliyar Əsgərov adlı şəxsə məxsusdur. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir.