“ADY Mobile” tətbiqində yenilik edilib
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib ki, bundan sonra Abşeron dairəvi marşrutu üzrə bilet almaq üçün vətəndaşın şəxsi bank kartını əlavə etməsinə ehtiyac qalmayacaq.
Həmçinin, ölkədaxili qatarlara bilet alışı zamanı yer seçimi bölməsində 360 dərəcə görüntü əlavə olunub.