14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda hotelin əmlakı səhmdarlar arasında bölüşdürüləcək

1 fevral 2024-cü il saat 14.00-da “İmişli Mehmanxana” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
2. Cəmiyyətin qalıq əmlakının (pul vəsaitinin) səhmdarlar arasında
bölüşdürülməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. Qalıq əmlakın (pul vəsaitinin) səhmdarlar arasında bölüşdürülməsi.
4. Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 17.00-dək (050) 255-40-80 nömrəli telefonla əlaqə saxlayaraq tanış ola bilərlər.

Yığıncaqda səhmdarların iştirakı vacibdir.

Ünvan – Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsi 6/8.

Son xəbərlər
Digər xəbərlər