13 C
Baku
Saturday, November 23, 2024

İki əməkdaşın ölümü ilə bağlı “Azneft”in vəzifəli şəxsinə hökm oxundu

“Neftqaztikinti” trestinin iki əməkdaşının ölümü ilə nəticələnən hadisə ilə bağlı təqsirləndirilən trestin vəzifəli şəxsi Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Mizəyevə barəsində iki il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, ötən il avqust 24-də “Azneft” İstehsalat Birliyinin (İB) N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığımı məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.

İş üzrə idarənin vəzifəli şəxslərindən olan və tikintidə təhlükəsizliyə cavabdeh şəxs sayılan Mirzəyev Samir Zəhimağa oğlu məsuliyyətə cəlb edilib və onun barəsində Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilməyib.

Samir Mirzəyev tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər