6 C
Baku
Monday, December 16, 2024

“Boeing 737-9 MAX” təyyarəsinin hermetikliyinin pozulmasının səbəbi məlum olub

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası yanvarın 6-da “Boeing 737-9 MAX” sərnişin təyyarəsinin təcili enişi ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

ABŞ-nin Portlend şəhərində təyyarənin təcili çıxış üçün ehtiyat qapısı tapılıb.

Şura hesab edir ki, təyyarənin hermetikliyinin pozulmasının səbəbi bu qapının qopması olub.

Xatırladaq ki, yanvarın 6-da “Alaska Airlines”a məxsus “Boeing 737-9 MAX” sərnişin təyyarəsi Portlend hava limanında təcili eniş edib. Hadisədən sonra Avropa İttifaqı və ABŞ yoxlamalar üçün belə təyyarələrin istismarını dayandırdıqlarını açıqlayıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər