17 C
Baku
Friday, October 18, 2024

Aİ-də işsizlik rekord minimuma düşüb

Avropa İttifaqının Statistika İdarəsi (“Eurostat”) noyabr ayı üçün Aİ və avrozonada işsizlik səviyyəsinə dair məlumatları açıqlayıb. 27 ölkəni əhatə edən Avropa İttifaqında işsizlik nisbəti 5.9% təşkil edib və keçən ilin may ayındakı ən aşağı səviyyəyə qayıdıb.

Qeyd edildiyi kimi, noyabrda bütün Aİ ölkələrində ən aşağı işsizlik səviyyəsi Çexiyada (2.4%), Maltada (2.5%) və Polşada (2.8%) qeydə alınıb. Ən yüksək göstərici isə İspaniya (11.9%) və Yunanıstandadır (9.4%) olub.

İqtisadçılar üçüncü rübdə ÜDM-in 0.1% azaldığı üçün avro zonasında işsizlik nisbətinin oktyabr ayından dəyişməyəcəyini gözləyirdilər. Lakin göstəricilər gözləniləndən aşağı olub, ekspertlərin dediyinə görə, bu, keçən il rekord yüksək inflyasiyadan aylar sonra işçilərin əmək haqqı ilə bağlı işəgötürənlərin daha çox güzəştə getməsinə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər