Yaz sessiyası çərçivəsində Milli Məclisin komitələrinin iclasları başlayır.
Yanvarın 16-da parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək.
İclasın gündəliyinə Milli Məclisin 2023-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Regional məsələlər komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsi daxildir.