Tayvanda keçirilən “prezidenti seçkisində” hakim Demokratik Tərəqqi Partiyasının namizədi və hazırkı vitse-prezident Lay Sinde qalib gəlib.
Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 80%-ni emal etdikdən sonra o, təxminən 41% səs toplayıb.
Sindenin əsas rəqibi Hou Yui isə təxminən 33% səs toplayıb və məğlub olduğunu etiraf edib. Üçüncü namizəd, Tayvan Xalq Partiyasının rəhbəri Ke Venje təxminən 26% səs qazanıb.
Qələbəsindən sonra Lay Tayvanı “Çindən gələn təhdid və hədələrdən müdafiə etmək” əzmində olduğunu bəyan edərək, Pekinlə “ləyaqət və paritet əsasında” danışıqlar aparmağa hazır olduğunu vurğulayıb.