6 C
Baku
Wednesday, January 15, 2025

Ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri açıqlanıb

2023-cü ilin dördüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik
iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32.9%), topdan və pərakəndə ticarət (13.6%) və tikinti (9.9%) olub.

Banker.az Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə dövlət idarəetməsi və müdafiə (1.9 mlrd. manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1.8 mlrd. manat artım) sahələri olub.

Bütövlükdə rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən iki iqtisadi fəaliyyət sahəsində (tikinti və daşınmaz əmlakla əlaqədar əməliyyatlar) azalma, qalanlarında isə artım qeydə alınmışdır. Bu iqtisadi fəaliyyət sahələrində azalma əsasən
yolların və küçələrin salınması, dəmiryolların tikintisi və şəxsi daşınmaz əmlakın istismarı və
tkintisi qrupları üzrə qeydə alınmış azalmadan irəli gəlmişdir. Belə ki, bu qruplar üzrə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1.5 mlrd. manat və 91.4 mln. manat azalma müşahidə edilmişdir. Ən çox artım nəqliyyat və anbar təsərrüfatı (146%), elektrik enerjisi, qaz və buxar təchizatı (77%) və inzibati və yardımçı xidmətlər (40%) sahələrində olmuşdur.

Son xəbərlər
Digər xəbərlər