14 C
Baku
Saturday, November 23, 2024

Səkkizbitlik fenomen: Yaponlara $55 milyard qazandıran “Mario”nun uğur hekayəsi

40 il əvvəl Yaponiyanın “Nintendo” korporasiyası “Mario” oyununu buraxdı. O, Nyu-Yorkun kanalizasiyalarında bir santexnikin macəraları haqqındadır. Beləliklə, tarixdəki ən uğurlu oyun franşızasının başlanğıcı qoyuldu. Oyun şirkətə 45 milyard dollardan çox gəlir gətirdi, əlavə 10 milyard dollar onunla əlaqəli komikslər, filmlər və digər media məhsullarından qazanıldı.

Dülgərdən santexnika qədər

Qırmızı və mavi kombinezondakı bığlı personaj ilk dəfə 1981-ci ildə “Donkey Kong” oyununda (“İnadkar Qorilla”) meydana çıxdı. Baş qəhrəman karyerasına “Paulina”nı nəhəng meymunun əlindən xilas edən “Jumpman” adlı dülgər kimi başladı. O, qaçmağı, tullanmağı və gürz yelləməyi bacarırdı.

Əvvəlcə rəssam Şiqeru Miyamoto məşhur Amerika komiks personajı “Popaya”nı baş qəhrəman etmək istəyirdi. O, “Nintendo”ya ABŞ bazarını fəth etməyə kömək etməli idi. Lakin ABŞ yaponlara “Popaya” personajından istifadə etməyə icazə vermədi.

Mario1

Sonra Miyamoto qaranlıq fonda yaxşı seçilən parlaq kombinezonlu bir dülgər yaratdı. Onun başındakı papaq tərtibatçıları personajın saçını canlandırmaq ehtiyacından xilas etdi, bığ isə personajın hərəkətsiz ağzını örtdü.

“Jumper”in italyan kökləri “Nintendo”nun Sietlda icarəyə götürdüyü anbarın sahibi, iş adamı Mario Seqal ilə əlaqəlidir. Şirkət oyunu buraxmazdan əvvəl icarə haqqını ödəməyi dayandırdıqda, Seqal şirkətin prezidenti Minor Arakavanı ziyarət etdi. Onun qəzəbli çıxışı yaponları o qədər təsirləndirdi ki, oyunun baş qəhrəmanı zarafatla Mario adlandırılmağa başladı.

Mario2

Rəsmi olaraq “Jumper” adı oyunun davamında, personajlar yerlərini dəyişəndə (nəhəng qorillanın oğlu atasını əsirlikdən xilas etməyə çalışır) dəyişdi. Nəhayət, “Donkey Kong”un uğurundan sonra 1983-cü ildə buraxılan ilk “Mario”da “tullanan adam” santexnika çevrildi.

Onun süjetində Mario və qardaşı Luici tısbağalar, xərçənglər, milçəklər və buzlarla mübarizə aparmaq üçün Nyu-Yorkun kanalizasiyasına enirlər. Bu oyun böyük uğur qazansa da, “Nintendo”nu bütün dünyada 1985-ci ildə çıxan “Super Mario” tanıtdı.

Məhz burada “Mario” yeni xüsusiyyətlərini əldə etdi: klassik rəqiblər, gizli səviyyələr və əsas ideya – şahzadə Piçi tısbağa və əjdaha qarışığı olan draqondan xilas etmək. Hadisələr Göbələk Krallığında baş verir, hansını ki fəth edən Mario “supergöbələklər” tapır. Franşizanın adındakı “Super” prefiksi də bundan irəli gəlir.

Borudan pul çıxarmaq

Buraxılışdan sonrakı ilk dörd ayda təkcə Yaponiyada ¥12.2 milyarddan çox (cari məzənnə ilə təxminən 196 milyon dollar) dəyərdə “Super Mario” kartrici satılıb. Bir müddət sonra o, tarixdə ən çox satılan oyun kimi Ginnesin Rekordlar Kitabına düşdü və bu liderliyini 20 ildən çox saxladı.

Mario 5

1990-cı illərin əvvəllərində amerikalı uşaqlar arasında aparılan sorğular göstərdi ki, onlar “Mario”nu “Mikki Maus”dan daha çox tanıyırlar. 2021-ci ildə orijinal “Super Mario” kartrici auksionda rekord 2 milyon dollara satıldı.

Bu uğur “Nintendo”nu oyunun davamını yaratmağa vadar etdi. 1996-cı ildə “Super Mario 64” adlı ilk 3D oyunu buraxıldı – o, platformer janrında inqilab etdi və eyni zamanda “Nintendo” üçün kommersiya baxımından ən uğurlu oyunlardan birinə çevrildi.

Mario 6

“Mario” santexnika ilə yanaşı, tibb kimi başqa sahələrdə də özünü sınadı. Onun dəyişkən alteri bir sıra spin-offlarda rol alır və hətta “Super Smash Bros.” oyunlarında ayrıca personaj kimi görünür. “Mario” qolf, tennis, basketbol, ​​xokkey, futbol, ​​eləcə də kartinq və motokros kimi müxtəlif idman növləri üzrə yarışır.

Dünyada ən çox satılan “Mario” oyunları:

Mario 7

Yeri gəlmişkən, 2014-cü ildə “Nintendo” 30 saniyəlik videonun səkkiz bitlik GLA və “əsl” santexnikin nümayiş olunduğu “Mercedes” konserninin reklamında “Mario”nun imicindən istifadə etməyə icazə verdi.

Sərt tənqid

Tanınma ilə yanaşı, “Mario” tənqidlə də üzləşdi. Franşiza aqressiyanı (guya ki, santexnik çox vaxt problemləri zorakılıqla həll edir və pis nümunə göstərir) və aludəçiliyi təhrik etmək kimi standart ittihamlardan xilas ola bilməyib. Lakin bunun heç bir inandırıcı sübutu tapılmadı.

Başqa şikayətlər də var idi, məsələn, gender stereotipləri ilə bağlı. İddiaya görə, şahzadə “Piç” qadın zəifliyini simvollaşdırır, çünki o, kişi xilaskarını gözləyərkən hərəkətsiz qalır. Buna cavab olaraq, “Nintendo” 2005-ci ildə “Super Princess Peach” oyununu buraxdı, burada şahzadə özü “Mario”nu xilas edir.

Uğursuzluq və artan satışlar

“Mario”nun televiziyada debütü 1983-cü ildə Amerika cizgi şousunun bir neçə epizodunda baş tutdu – o, “Paulina”nı qorilin pəncəsindən xilas edən sirk məşqçisi kimi göründü.

1990-cı illərin əvvəllərində italyan santenxikin hekayəsi tez bir zamanda uyğunlaşmalarla tamamlandı. Məsələn, “DIC Entertainment” animasiya studiyasının beş televiziya seriyası və çoxsaylı komikslər buraxıldı.

Mario 9

Lakin uğursuzluq “Nintendo”nu uzun müddət film adaptasiyalarından çəkindirdi. Yalnız 30 il sonra “Super Mario Qardaşları Kinoda” cizgi filmi işıq üzü gördü və ilk həftəsonu yaradıcılara 146.4 milyon dollar qazandırdı. Ümumilikdə komediya 1.3 milyard dollardan çox (Amerika kassasında təxminən 573.8 milyon dollar) gəlir əldə etdi.

Yaponlar bu dəfə işi şansa buraxmayaraq filmin yaradılmasında fəal iştirak etdilər. Yapon analitiklərinin fikrincə, “Illumination Entertainment” studiyası ilə müqavilənin dəqiq şərtləri açıqlanmasa da, “Nintendo” təxminən 200 milyon dollar qazandı.

Mario 10

Şəxsi və ictimai

2016-cı ildə məlum oldu ki, “Mario” hələ kifayət qədər gəncdir: “Nintendo” öz rəsmi saytında Şiqeru Miyamoto ilə on il əvvəl unudulmuş müsahibəni dərc etdi, o isə personajın hələ 24-25 yaşında olduğunu bildirdi.

1985-ci ildən personaj müəllif hüquqlarının müdafiəsi altındadır, onun müddəti yalnız 2080-ci ildə başa çatır. Lakin bu, bütün dünyada insanların “Mario”ya olan sevgisinin təzahürünə mane olmur. Məsələn, 2016-cı ildə Yaponiyanın Baş naziri Şinzo Abe Rio-de-Janeyroda keçirilən Yay Oyunlarının bağlanışında santexnik paltarını geyinərək Olimpiya estafetini qəbul etmişdi.

Mario 8

“YouTube”da bu və ya digər şəkildə “Mario” ilə əlaqəli videolar ötən ilin aprel ayına olan məlumata görə, 100 milyard dəfədən çox izlənilib.

Son xəbərlər
Digər xəbərlər