“Xiaomi” qlobal bazar üçün yeni Redmi Note 13 smartfon seriyasını təqdim edib. Seriyaya Redmi Note 13 və Redmi Note 13 5G, həmçinin Redmi Note 13 Pro, Redmi Note 13 Pro 5G və Redmi Note 13 Pro+ 5G daxildir.
Redmi Note 13 və Redmi Note 13 5G müvafiq olaraq Qualcomm Snapdragon 685 və MediaTek Dimensity 6080 çiplərini alıb. Cihazlar 6 və ya 8 GB RAM, 128 və ya 256 GB daxili yaddaşla təchiz edilib. Hər iki smartfon Full HD+ təsvir ölçüsünə və 120 Hz-ə qədər yeniləmə tezliyinə malik 6.6 düymlük OLED ekranlara malikdir.
Redmi Note 13 Pro, Redmi Note 13 Pro 5G və Redmi Note 13 Pro+ 5G də əsasən çiplərdə fərqlənir – yeniliklər MediaTek Helio G99, Qualcomm Snapdragon 7s Gen 2 və MediaTek Dimensity 7200 Ultra prosessorlarını alıb.
Smartfonlar bazara MIUI örtüyü ilə çıxacaq, lakin bir müddət sonra Xiaomi HyperOS əməliyyat sistemini alacaq. Yeni cihazların qiyməti baza model üçün 180 dollardan başlayacaq, flaqman isə 400 dollara başa gələcək.