2 C
Baku
Saturday, December 14, 2024

“PwC” “Azərkosmos”un auditini aparacaq

“PricewaterhouseCoopers Azerbaijan” (“PwC Azerbaijan”) şirkəti “Azərkosmos” ASC-nin auditini aparacaq.

Bu barədə “APA-Economics”ə “Azərkosmos” ASC-dən məlumat verilib.

Məlumata görə, “Azərkosmos” ASC tərəfindən oktyabrın 27-də “Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi xidmətləri”nin satınalınmasına dair keçirilən təkliflər sorğusunun nəticəsi olaraq, təkliflər sorğusunda qalib gəlmiş Bakı şəhəri, Nizami küç, 90A ünvanında yerləşən “PwC Azerbaijan” ilə müqavilə imzalanıb.

Son xəbərlər
Digər xəbərlər