2023-cü ildə Azərbaycanda Mənzil Tikinti Kooperativlərinin (MTK) sayğaclara görə ödəniş tələb etməsi ilə bağlı çoxsaylı vətəndaş müraciətlərinin arașdırılması nəticəsində binaların tikintisini həyata keçirən şəxslərin bu sahədə antinhisar qanunvericiliyini pozması halları müəyyən edilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“Vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçılanı aldatma hallarının əlamətləri mövcud olduğundan Dövlət Xidmətinə daxil olmuș müraciətlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib”, – deyə o bildirib.