1 C
Baku
Saturday, December 14, 2024

Məmməd Abbasbəyli

Qisa informasiya

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

  • 1975-ci ildə Gəncədə anadan olub;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır.

Təhsili:

  • Xəzər Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə (1992-1996);
  • Alabama Universitetində Siyasi elmlər ixtisası üzrə (1995-1996);
  • Bakı Dövlət Universitetində Hüquq ixtisası üzrə (1993-1998);
  • ABŞ-ın Perdyu Universitetində Amerikan xarici işlər tarixi ixtisası üzrə (1997-1999);
  • Corc Vaşinqton Universitetinin Hüquq məktəbində hüquq ixtisası üzrə (1999-2000).

Əmək fəaliyyəti:

  • “Wicklow Group Service”  (1 il 1 ay), “Arthur Andersen” (hüquq və vergi məsləhətçisi kimi – 1998), “Azpetrol” (3 ay), “Salans” (4 il 2 ay), “CRA Group” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb;
  • “EUPEC PipeCoatings Azerbaijan” MMC-də baş direktorun müavini (3 il 1 ay);
  • “BP Azərbaycan”da hüquq məsləhətçisi (1 il 4 ay);
  • “PrimeGroup” MMC-nin təsisçisi (4 il 11 ay);
  • Sumqayıt Texnologiyalar Parkında biznesin inkişafı və layihələrin idarə olunması üzrə məsləhətçi (1 il 3 ay);
  • Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2016);
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində nazir müşaviri (8 ay);
  • İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası Məsləhət Şurasının üzvü (2 il 10 ay);
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini (1 il 6 ay);
  • Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun Müşahidə Şurasının üzvü və Apellyasiya Şurasının üzvü (1 il 6 ay);
  • “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin üzvü (9 ay).

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər