Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır və bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.
“Azərbaycanın əslində, bütün qarşılıqlı fəaliyyət sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində sülh sazişi imzalamağa hazır olması faktdır. Amma İrəvanın buna nə dərəcədə hazır olduğu məlum deyil. Baxmayaraq ki, müvafiq siqnallar Ermənistan paytaxtında çoxdan yığılıb qalıb”, – Rusiya XİN rəhbəri bildirib.