9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda PwC hesabat təqdim etdi

“Paying Taxes” PwC və Dünya Bankı Qrupunun birgə hazırladığı illik hesabatdır. Bu il hesabatın onuncu buraxılışı dərc olunur və onun Azərbaycanda Mərkəzi Asiya və Şərqi Avropa üzrə regional təqdimatı keçirilmişdir. Hesabat 4 dekabr 2015-ci il tarixində “Four Seasons Hotel Baku”-da təşkil edilmiş işgüzar səhər yeməyi və mətbuat konfransı zamanı ictimaiyyətə və mediaya təqdim edilmişdir.

Bu ilki araşdırma dünyanın 189 ölkəsindəki standart şirkətlərin vergi rejimini əhatə edərək, onları effektiv şəkildə müqayisə edir. Bu, əvvəllər olduğu kimi bu sahədə aparılmış yeganə araşdırmadır və şirkətlər və dövlət qurumları tərəfindən böyük maraqla qarşılanır. Bu araşdırma coğrafi cəhətdən qonşu dövlətlərin və oxşar iqtisadi qrupların vergi sistemlərini müqayisə etməyə imkan verir.

PwC, Dünya Bankı Qrupu və Vergilər Nazirliyinin nümayəndələri əsas məsələlər, regional müqayisələr və Azərbaycan üzrə nəticələrlə bağlı interaktiv müzakirələrdə iştirak etmiş və media nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar. İşgüzar səhər yeməyinə 70-dən çox biznes, hökumət, beynəlxalq təşkilat və KİV nümayəndələri qatılmışdır.

PwC şirkətinin Vergi Şəffaflığı praktikasının Baş Meneceri Tomas Deyn öz çıxışında bildirmişdir ki: “Bir çox ölkələrdə vergi prosedurlarının sadələşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin yüngülləşdirilməsi baxımından vergi sistemlərində islahatların aparılması potensialı hələ böyükdür. Cari ilin hesabatında, xüsusilə, inkişaf etməkdə olan ölkələrdə İT infrastrukturunun inkişaf etdirilməsinin (o cümlədən, yüksək sürətli internetin yayılması) vacibliyi qeyd olunur. Bu, iqtisadi inkişafın stimullaşdırılması üçün büdcəyə vergi daxilolmalarını artırmaq məqsədilə müasir vergi sisteminin yaradılması və tətbiqi üçün zəruridir”.

PwC və Dünya Bankı Qrupunun birgə hazırladığı “Paying Taxes” hesabatının sonuncu buraxılışına əsasən ötən il ərzində elektron vergi bəyannamələri və vergi ödənişləri sisteminin tətbiq edilməsi dünyada vergi xidmətləri sahəsində həyata keçirilmiş ən böyük islahat hesab edilir.

“Paying Taxes 2016” hesabatında göstərildiyi kimi, araşdırma aparılan model bir şirkətdə Ümumi Vergi Dərəcəsi orta hesabla kommersiya gəlirinin 40,8%-ni təşkil etmişdir ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə yalnız 0,1% aşağıdır. Belə bir şirkət il ərzində 25,6 dəfə vergi ödənişləri aparır və vergi qanunvericiliyinin tələblərinə riayət etmək üçün isə 261 saat sərf edir və bu göstərici əvvəlki illə müqayisədə iki saat azdır. Azərbaycanda araşdırma aparılan şirkət il ərzində 7 dəfə vergi ödənişləri aparır, öz vergi öhdəliklərini yerinə yetirmək üçün 195 saat sərf edir və onun ümumi vergi dərəcəsi isə 39.8% təşkil edir.

PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru, Mövlan Paşayev öz çıxışında bildirmişdir ki: “Vergi inzibatçılığı və qanunvericiliy sahəsində islahatlar aparan ölkələr öz iqtisadiyyatlarının dayanıqlı və uzunmüddətli inkişafı üçün zəmin yaradır. Azərbaycan özünün vergi sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirərək, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb edilməsi üçün rəqabətə davamlı vergi rejiminin yaradılması istiqamətində islahatları davam etdirir.

Hazırkı araşdırmanın əhatə etdiyi 10 illik dövr ərzində elektron vergi bəyannamələri və vergi ödənişləri sisteminin tətbiqi sayəsində bütün dünyada vergi qanunvericiliyinin tələblərinə riayət etmək üçün sərf edilmiş vaxt orta hesabla 61 saat, vergi ödənişlərinin sayı isə 8.2 dəfə azalmışdır. Elektron vergi bəyannamələri əvvəlki kimi, vergi inzibatçılığının sadələşdirilməsində əhəmiyyətli rol oynayır.

Dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilmiş bu islahatlar nəticəsində orta həcmli
müəssisələr üçün vergi ödəmələri sadələşdirilmişdir. Bununla bərabər, bu sahədə diqqət vergi dərəcələrinin azaldılması istiqamətindən müasir texnologiyalar və vergi qanunvericiliyinə uyğunluq prosedurlarının sadələşdirilməsinə doğru dəyişmişdir. Hesabatda həmçinin qeyd olunur ki, əvvəllər olduğu kimi, bu sahədə islahatların həyata keçirilməsində daha çox aşağı gəlirli ölkələr çətinliklərlə üzləşir.

Azərbaycan kimi elektron vergi bəyannamələri və vergi ödənişləri infrastrukturunun inkişafına  investisiya qoymuş ölkələr hazırda bu sistemlərin tətbiqindən əhəmiyyətli dərəcədə faydalanır.

Vergitutma sahəsində kompleks və xərc tələb edən prosedurlar ilə səciyyələnən aşağı gəlirli  ölkələr vergi qanunvericiliyinin tələblərinə riayət edilməsi vaxtının və vergi ödənişlərinin sayının azadılmasında daha aşağı göstəriciyə nail olmuşdur. Bu, həmin ölkələrin vergi sistemində islahatlar həyata keçirməsi, xüsusilə, müasir kommunikasiya infrastrukturu yaratması üçün həll edilməli digər məsələlərin mövcudluğunu göstərir. Tədqiqatda həmçinin effektiv vergi sistemlərinin kölgə iqtisadiyyatının həcminin azaldılmasına müsbət təsiri qeyd olunur.

2014-cü ildə dünyada orta Ümumi Vergi Dərəcəsində cüzi azalma baş vermişdir, lakin regionlar və dövlətlər səviyyəsində bu göstərici fərqli olmuşdur: Afrika, Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərqdə ümumi vergi dərəcəsi bir sıra vergi dərəcələrinin yüksək olmasına görə artmış, həmçinin həyata keçirilmiş 30 islahat şirkətlərin daha az xərc hesabına vergi ödənişləri aparmasını təmin etmişdir. Ümumilikdə, 2014-cü ildə dünyada ümumi vergi dərəcəsi 46 ölkədə artmış, 41 ölkədə isə azalmışdır.

Son xəbərlər
Digər xəbərlər