NEQSOL Holdinq-də İnvestisiyalar üzrə rəhbər vəzifəsinə Məmməd Babayev təyin edilib.
Banker.az-ın məlumatına görə, Məmməd Babayev 2018-ci ildə NEQSOL komandasına Hesabat və Büdcə Meneceri kimi qoşulub. NEQSOL Holdinqin maliyyə istiqamətində üç il işlədikdən sonra o, 2021-ci ildə NEQSOL Holdinq-də İnvestisiyalar üzrə Rəhbər müavini vəzifəsinə təyinat alıb və bir sıra mühüm layihələrin uğurla həyata keçirilməsində biləvasitə iştirak etmişdir.
Məmməd Babayev həmçinin ARDNŞ-nin Sərmayələr İdarəsində Beynəlxalq layihələrin kommersiya fəaliyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsindədə çalışmışdır.