8 C
Baku
Monday, November 18, 2024

Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, fevralın 24-də təsdiqlənəcəyi gözlənilən yeni sanksiyalar paketi yeni ticari məhdudiyyətləri və genişlənmiş sanksiyalar siyahısını əhatə edəcək.

Qeyd olunub ki, Aİ ölkələrinin səfirlərinin görüşündə, həmçinin, sanksiyalardan yayınma ilə mübarizə tədbirləri müzakirə edilib.

Son xəbərlər
Digər xəbərlər