AAYDA sədri: “Ödənişli yolda radar yoxdur, kim istəyir artıq sürsün”

AAYDA-nın idarə heyətinin sədri ödənişli yolda radarın olmadığnı açıqlayıb.

Bu sözləri Saleh Məmmədov ödənişli yollardakı sürət həddindən danışarkən deyib.

O bildirib ki, həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi ilə bağlı nişanlar, sadəcə, xatırlatma məqsədi daşıyır.

“Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110 km/saat qəbul olunub. Biz, yəni sürücülərə xəbərdarlıq üçün. Orada heç bir radar, heç bir nəzarət yoxdur. Yəni, qoymuşuq ki, yaddaşdır. Kim sürmək istəyir ondan artıq sürsün”

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər