İtaliya İsrailə silah tədarükünü dayandırıb

2023-cü ilin oktyabrında Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.

Bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bildirib.

“Oktyabrın 7-dən sonra biz daha İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur”, – A.Tayani deyib.

XİN rəhbəri bu bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər