Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Qeyd edilib ki, yaşayış məskəninin konseptual həllində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.