Ötən ilin sonuncu rübündə Azərbaycanda istehlak kreditlərinin faizləri bir qədər də azalıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, 2023-cü ilin sonuncu rübü manatda kredit kartı vasitəsilə verilən kreditlərin illik faiz dərəcəsi 25%-dən 24%-ə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 19%-dən 17%-ə, avtomobil kreditləri 13%-dən 11%-ə düşüb.
Kredit kartları ilə verilən istehlak kreditlərinin faizləri ilin əvvəli illik dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı olanlar 23% və avtomobil kreditləri isə 15% təşkil edirdi.
ABŞ dollarında kredit kartları ilə verilən istehlak kreditləri 5%-də sabit qalıb.
Ötən ilin son rübü Azərbaycanda istehlak kreditlərinin həcmi 6 mlrd. 869.7 mln. manatdan 6 mlrd. 937 mln. manata düşüb.