-3 C
Baku
Sunday, December 15, 2024

Cek Ma “Alibaba”nın 50 mln. dollarlıq səhmini alıb

“Alibaba”nın keçmiş rəhbəri və həmtəsisçisi Cek Ma şirkətin Honkonqda satılan səhmlərini 50 milyon dollara alıb, bu barədə “New York Times” yazıb. Hələ 2023-cü ilin noyabrında Ma “Alibaba”nın böyük bir hissəsini satmağı planlaşdırırdı.

Eyni zamanda, “Alibaba”nın səhmlərini Manın uzun müddətdir partnyoru və şirkətin direktorlar şurasının hazırkı sədri Cozef Tsai alıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, Tsai 2023-cü ilin dördüncü rübündə ailə investisiya şirkəti “Blue Pool Management” vasitəsilə ABŞ-da siyahıya alınmış qiymətli kağızlardan təxminən 151 milyon dollar əldə edib.

Hər iki sahibkar əvvəllər “Alibaba”nın əhəmiyyətli bir hissəsinin sahibi olub. Cek Ma 2019-cu ildə direktorlar şurasının sədri vəzifəsini tərk etsə də, şirkətin əsas səhmdarı olaraq qalır.

Nyu-York Fond Birjasının yanvarın 23-də Bakı vaxtı ilə saat 20:49-a olan məlumatına görə, “Alibaba” səhmləri 6.8% artaraq hər səhm üçün 73.3 dollar təşkil edib.

2023-cü ilin noyabr ayının ortalarında Cek Ma “Alibaba” səhmlərinin təxminən 10 milyonunu satmağı planlaşdırıb. Sahibkar qiymətli kağızların satışından 870 milyon dollardan çox gəlir əldə edəcəyini güman etsə də, şirkətin səhmlərinin dəyəri kəskin ucuzlaşdıqdan sonra sövdələşmədən imtina edib.

Bu gün, yanvarın 23-də səhmlərin artmasına baxmayaraq, şirkətin kotirovkaları noyabrın enişindən sonra bərpa olunmayıb. Noyabrın 15-də, rüblük hesabatın dərci ərəfəsində “Alibaba” səhmlərinin qiyməti 87.83 dollara çatıb.

“Alibaba” son illərdə çətin günlər keçirir. Şirkət 2020-ci ilin sonunda Çin tənzimləyici orqanlarının diqqət mərkəzinə düşüb. 2020-ci ilin noyabrında ölkə hakimiyyəti “Alibaba Group”un törəmə şirkəti olan fintex “Ant Group”un IPO-sunu dayandırıb. IPO-nun dayandırılması qərarı “Alibaba”nın qurucusu Cek Ma Çinin maliyyə orqanlarının fəaliyyətini tənqid etdikdən bir neçə gün sonra verilib.

Daha sonra “Alibaba” ilə bağlı antiinhisar araşdırma başlayıb. 2021-ci ilin aprelində araşdırma tamamlanıb; nəticədə antiinhisar tənzimləyiciləri Çinin korporativ tarixində şirkətə rekord 2.78 milyard dollar məbləğində cərimə kəsib.

Son xəbərlər
Digər xəbərlər