9 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Enerji Agentliyi: neftin qiyməti daha da ucuzlaşa bilər

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bazarlarda neft təklifinin artdığı ilə bağlı xəbərdarlıq edib. IEA-nın rəhbəri Fatih Birol rekord səviyyədə ucuzlaşan neftin qiymətinin 2016-cı ildə daha da aşağı düşə biləcəyini söyləyib.

Banker.az “euronews”a istinadla xəbər verir ki, F.Birol deyib: “2016-ci ildə neftə olan tələbat azalacaq. Bundan əlavə əgər sanksiyalar götürülərsə İran da istehsalçıların sırasına qoşulacaq. Qiymətlərin bahalaşması üçün isə çox az səbəb var. Məncə 2016-cı ildə neftin qiyməti daha da ucuzlaşacaq”.

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və digər beynəlxalq maliyyə təşkilatlarının analizlərinə görə, bazarda təklifin çoxluğu neftin qiymətinin 20 dollaradək ucuzlaşmasına səbəb ola bilər. Lakin OPEC-in üzvləri təklifin çoxluğuna baxmayaraq hasilatı azaltmırlar. Noyabrda OPEC üzvü ölkələrin hasilatı gündəlik 31,7 milyon barrel olmaqla son 7 ilin rekord səviyyəsinə çatıb.

Qeyd edək ki, dekabrın 11-də “Layt” markalı neftin bir barrelinin qiyməti son altı ildə ilk dəfə 37 dollardan ucuz, “Brent” markalı neftin bir barrelinin qiyməti isə 2008-ci ildən bu vaxtadək ən aşağı qiymətə satılıb.

azertag

Son xəbərlər
Digər xəbərlər