8 C
Baku
Friday, December 13, 2024

Britaniya və Kanada yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar

Britaniya və Kanada hökumətləri kənd təsərrüfatı məhsullarına rüsumlarla bağlı fikir ayrılıqlarına görə yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar.

Bu barədə “Financial Times” Britaniya hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Əgər irəliləyiş olmasa, Britaniya istənilən ölkə ilə danışıqları dayandırmaq hüququnu özündə saxlayır”, – məlumatda bildirilib.

Britaniya və Kanada iki il əvvəl “Brexit”dən sonra yeni ticarət sazişi üzrə danışıqlara başlayıb. O vaxtdan bəri ölkələr arasında ticarət əlaqələri keçid sazişi ilə tənzimlənir.

Son xəbərlər
Digər xəbərlər