2023-cü ilin yanvar-dekabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 290 qadın sahibkara ümumilikdə 16,4 milyon manat güzəştli kredit verilib.
Fonddan “Banker.az”a verilən məlumata görə, hesabat dövründə gənc sahibkarların 108 layihəsi maliyyələşdirilib və bu məqsədlə 7,1 milyon manat vəsait ayrılıb.