10 C
Baku
Wednesday, November 27, 2024

“Kapital Security” şirkətinin mənfəəti 3 dəfəyə yaxın artıb

“Kapital Security” QSC 2022-ci ili 79 min manat xalis mənfəətlə başa vurub. Əvvəlki ildə şirkətin mənfəəti 30 min manat olub ki, bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2022-ci il tarixinə “Kapital Security” QSC-nin əsas əməliyyat gəlirləri 2 milyon 94 min manat (4.3 dəfə çox), satışın maya dəyəri 1 milyon 979 min manat, inizbati xərcləri 13 min manat təşkil edib.

Hesabat dövründə QSC-nin  cəmi aktivləri 621 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 3.6 dəfə artımdır. Şirkətin cəmi kapitalı 111 min manat, cəmi öhdəlikləri 509 min manat olub.

Xatırladaq ki, “Kapital Security” QSC Bakı şəhəri və Azərbaycan Respublikasının müxtəlif bölgələrində müxtəlif istiqamətlər üzrə mühafizə xidmətinin təşkilini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər