Azərbaycanda fəaliyyətdə olan “GL LTD”də daha bir təyinat olub.
Banker.az şirkətə istinadən xəbər verir ki, İsmayıl Dadaşov baş icraçı direktora birbaşa bağlı olan şirkətin aparat rəhbəri təyin edilib.
O, 2022-ci ilin avqustundan “Taghiyev Operating Company” şirkətdə çalışır. Onun vəzifəsi xarici əlaqələr və kommunikasiyalar üzrə menecer olub.
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.