Asfalt istehsalı 95% artıb – tikinti materialları istehsalı 1 milyard manatı keçib

Tikinti materiallarının istehsalı sahəsində 2026-сı ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 1005,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz artmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövr ərzində asfalt istehsalı 94,8 faiz, əhəng istehsalı 78,7 faiz, sement istehsalı isə 6,5 faiz artmışdır.

1 sentyabr 2026-cı il tarixinə müəssisələrin anbarlarında 513,5 min ton əmtəəlik sement klinkeri və 243,8 min ton hazır sement ehtiyatı qalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər