7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Mərkəzi Bankının faiz qərarı öncəsi bazar buna “reaksiya” verir

Bakı Fond Birjasında (BFB) son günlərdə keçirilən repo əqdləri üzrə əməliyyatlarda gəlirlilik əyrisi aşağı doğru hərəkət edir. Ölkədə bençmark faizləri düşür.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, ötən gün BFB-də nominal üzrə ümumi məbləğ 105.63 mln. manat təşkil edib.

Belə ki, bağlanılmış 17 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 5.98%, 1W AINAAO (6-8 gün) üzrə 5.51%, 2W AINAAO (13-15 gün) üzrə 6.20% təşkil edib.

2 4

Bir həftəlik repo əqdləri üzrə istinad faizi sonuncu dəfə 2023-cü il oktyabr 16-da bu qədər aşağı qeydə alınıb. Həmin tarixdən sonra istinad faizləri həftəlik (1W AINAAO) 5.6%-in üzərində olub.

Eyni ilə bu, banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksinə də aiddir. Məsələn, ötən cümə günü keçirilən əmliyyatlarda Banklararası bir həftəlik borclanma faizi (1W AINAIB) 2023-cü ilin sentyabrından bu tərəfə ilk dəfə 6%-dən aşağı düşüb. İstinad faizləri 5.9% təşkil edib.

1 5

Bu hadisə Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair sabah, həftənin çərşənbə axşamı iclası öncəsi baş verir. Mərkəzi Bank son iki iclasda 100 baza bəndi faizləri endirib. Proqnozlara görə, AMB iqtisadi aktivliyi yüksəltmək və eləcə də ölkədə azalmaqda olan inflyasiya şəraitində yumşalmanı davam etdirəcək. Ətraflı

Repo – tərəflər arasında dövlət və korporativ qiymətli kağızları ilə repo və əks-repo əməliyyatları bağlanıldığı bazardır.

Son xəbərlər
Digər xəbərlər