11 C
Baku
Tuesday, November 26, 2024

AccessBank özünüməşğulluq proqramı çərçivəsində indiyə kimi 59 sahibkara dəstək oldu

®AccessBank aparıcı maliyyə institutu olaraq, Azərbaycanda  mikro, kiçik və orta biznesin inkişafı sahəsində fəaliyyətini davam etdirir və sahibkarlığın təşviqi üzrə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Sahibkarlıq fəaliyyətinə davamlı dəstək, o cümlədən, özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi, AccessBank-ın missiyasının tərkib hissəsini təşkil edir.  

Korporativ sosial məsuliyyət (KSM) kompleks tədbirlərinin tərkib hissəsi olan bu proqram çərçivəsində 2023-cü il ərzində Bakı, Quba, Naxçıvan, Babək, Culfa, Şərur, Mərkəzi Aran, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala da daxil olmaqla, ölkənin müxtəlif regionlarında həssas qruplara aid olan 18 sahibkara dəstək tədbirləri göstərilib. Əsasən, sahibkarlar dərzi sexi  və gözəllik salonları üçün avadanlıqlarla təmin olunub. 2021-2023-cü illər ərzində AccessBank özünüməşğulluq proqramı çərçivəsində 59 sahibkarı lazımi avadanlıqla təmin edib.

AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair  2020-ci ildə imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. Layihənin məqsədi əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, işsiz və işaxtaran şəxslərin və s.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər