Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiası üzrə qərarını elan edib.
Ukrayna 16 yanvar 2017-ci ildə məhkəməyə müraciət edərək Rusiyanı terrorun maliyyələşdirilməsi, irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı beynəlxalq konvensiyaları pozmaqdadə ittiham etmişdi.
Bu gün keçirilən iclasında Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın 2 iddiasını qismən təmin edib. Qərarda göstərilir ki, Rusiya Ukraynada terroru maliyyələşdirdiyi iddia olunan şəxslərlə bağlı ətraflı araşırma aparmayıb. Təmin olunan digər iddia Krımın ilhaqından sonra Ukrayna dilində tədrisin məhdudlaşdırılmasıdır.