12 C
Baku
Saturday, November 23, 2024

“Azərşəkər”ə əlavə 10 milyon manat maya qoyuldu

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 93 780 000 manatdan 103 780 000 manata qədər qaldırıb.

Belə ki, “Azərşəkər”in nizamnamə kapitalı 10 000 000 manat artırılmış olub.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Son xəbərlər
Digər xəbərlər